Dörd ayaqlı, üç qollu qız uşağı doğulub.
Həkimlər isə körpənin artıq qol və qıçının amputasiya edildikdən sonra normal həyata qayıda biləcəyinə söz verir.
Hadisə Hindistanda baş verib. Adətən bu cür doğuşların dünyaya gəldiyi ölkədə insanlar yenə təəccübünü gizlədə bilməyib. Bildirilir ki, 24 yaşlı qadın iki oğlan və bir qız övladı dünyaya gətirib. Oğlanların sağlıq durumu normal olsa da, qız uşağı dörd ayaqlı və üç qollu doğulub.
Həkimlər isə bildirib ki, əslində dördüncü uşağın inkişafı yarımçıq qaldığı üçün qız uşağı bu formada doğulub və onun artıq ayaq və qolları amputasiya ediləcək.
(moderator.az)