Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Özbəkistanda toylar nəzarətə götürülür: qadağalar - Video


Özbəkistan parlamenti ölkədə toy və digər tədbirlərin keçirilməsi qaydalarını təsdiqləyib.

Kult.az xəbər verir ki, bu barədə “Azadlıq" radiosu məlumat yayıb.

Yeni qaydaya əsasən, bu cür mərasimlər yalnız 06:00-dan 23:00-a qədər baş tuta bilər. Bununla belə, özbək hökuməti tədbirlərin bir neçə gün müddətə uzadılmasını da qadağan edib.

Məhdudiyyətlər təkcə tədbirlərlə bağlı yox, həmçinin qonaqlarla bağlı tətbiq edilib. Belə ki, toy tədbirində 200-dən çox şəxs iştirak edə bilməz, eləcə də ikili toy tədbirlərində (oğlan-qız toyu birgə olduqda) qonaqların sayı ən çox 250 ola bilər.

Eləcə də toy karvanında 3 avtomobildən çox minik vasitəsinin istifadəsi qadağan olunub.

Toy sahiblərinin öz tədbirlərinə 2 müğənni və musiqi qrupundan çox ifaçı dəvət etməsi də qadağalar siyahısında yer alıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10