Uzun illərdir mediada İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmuş şəxslərə qarşı heç bir əsası olmayan neqativ yanaşma, ayrı-seçkilik, hətta nifrət doğuracaq ifadələrə, fikirlərə, bəzən açıq-aşkar uydurmalara rast gəlmək olur
Bununla bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) əhalinin İnsanın İmmunçatışmazlığı Virusu barədə biliklərinin artırılması məqsədilə “IIV/QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə test müayinəsinin təbliği” adlı media müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi cəmiyyətdə İİV-lə yaşayan insanlara qarşı mövcud olan stiqmanın aradan qaldırılması, sağlam həyat tərzinin mühüm şərti olan İİV-ə test müayinəsindən keçməyin hər bir insan üçün vacib olmasını aşılamaqdır. Eyni zamanda, müsabiqə İİV probleminin mediada işiqlandırılmasına yanaşmada dəyişikliyə nail olmaq məqsədi güdür. Ümud edirik ki, jurnalistlər bu problemlə bağlı daha düzgün, səriştəli və obyektiv materillar hazırlayacaqlar.
Müsabiqənin şərtləri:
- Müsabiqədə kütləvi informasiya vasitələrində (KİV) çalışan jurnalist və bloqerlər iştirak edə bilərlər;
- Media nümayəndələri mövzu ilə bağlı istənilən sayda dərc olunmuş yazı və ya tele-efirə getmiş verilişlər təqdim edə bilərlər;
- Məqalə və video-süjetlərdə müsabiqənin əsas mövzusu əks olunmalıdır;
- Media məhsulu Azərbaycan və ya rus dilində ola bilər;
- Müsabiqəyə 2019-il sentyabrın 25-dən noyabrın 1-nə qədər qəzet, jurnal və xəbər saytlarında dərc olunmuş, tele-efirdə getmiş reportaj, veriliş və jurnalist araşdırmaları təqdim olunmalıdır. Materialların linkləri elektron ünvana: [email protected] “Müsabiqə üçün” geyd olunaraq göndərilməlidir;
-Müsabiqəyə təqdim edilmiş materialların qiymətləndirilməsini RQMM tərəfindən təşkil olunmuş və mütəxəssislərdən, QHT nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti həyata keçirəcək. Müsabiqənin nəticələri 5 noyabr 2019-ci il tarixində elan ediləcək;
-Müsabiqənin nəticələri əsasında 1-ci yeri tutan iştirakçı -300 manat, 2-ci yeri tutan– 200 manat və 3-cü yeri tutan-100 manat pul mükafatı ilə təltif olunacaq.
RQMM jurnalistləri müsabiqədə iştirak etməyə dəvət edir və uğurlar arzulayır.
(ayna.az)