Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB



Azərbaycanda başanmış və dul qalmış insanların da yenidən ailə qurması halları az deyil. 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitə başanmış və dul qalmış vətəndaşların yenidən ailə qurması ilə bağlı 2018-ci il üzrə statistikanı təqdim edib.

Məlum olub ki, 2018-ci ildə Azərbaycanda 62484 nikah bağlanıb.

Rəsmi nikaha girənlərin ümumi statistikasında 5264 kişi boşanmış şəxslər olub. Əvvəlki ərindən boşanmış 3030 qadın da ötən il yenidən rəsmi nikaha girib.

Ötən il 785 dul kişi və 204 dul qadın da yenidən nikaha girən vətəndaş olaraq Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən rəsmi qeydiyyata düşüb

Rəsmi məlumata görə, boşanmış və dulların yenidən nikaha girmə sayında şəhər yeri kənd yerini qabaqlayır.


2018-ci ildə nikah bağlayanlardan 56435 nəfər kişi və 59250 nəfər qadın ilk dəfə ailə quranlar olub.

(moderator.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10