Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Seçki xəbərləri||--||



Masallı rayonun Musaküçə kəndində bələdiyyə seçkilərinin gərgin keçəcəyi gözlənilən idi. Belə də oldu. Seçki günü bir qədər gərginlik yaşansa da, sonrakı günlər sanki hər kəs taleyi ilə barışmışdı. MSK-nin bu kənddəki məntəqələrdəki nəticələri ləğv etməsi isə xeyli suallar doğurdu. Çox keçmədən bəlli oldu ki, Musaküçə olayının səbəbkarı Masallıdakı 70 saylı DSK özü imiş. Belə ki, 70 saylı DSK MSK-ya göndərdiyi arayışda açıq etiraf edib ki, Musaküçə məntəqələrində qutuya atılmış bülletenləri kənddə saymaq mümkün olmadığı üçün onları polisin mühafizəsi ilə gətirib DSK-nın Masallı şəhərində yerləşən binasında sayıblar. Həm də maraqlıdır ki, MSK-ya göndərilən protokolda bu mənzərəni olduğu kimi təsvir ediblər. (Bu protokolun surəti DSK tərəfindən həm də dərhal Musaküçədəki narazı tərəflərə verilib). Elə bunu əsas götürən MSK həmin məntəqələrdəki nəticələri ləğv edib. Yəni, bülletenlər heç bir halda DSK-nın binasında sayıla bilməz. Bu isə o deməkdir ki, Musaküçədəki köhnə tərkib hələ 2 ildən artıq vəzifəsini icra edəcək.


70 saylı DSK, ya Bermud üçbucağı



70 saylı DSK-nın səriştəsizliyi öz başında çatladı. Belə ki, MSK bu dairəni bütünlüklə buraxdı. (Xatırladaq ki, 2009-cu ildə, həmin il keçirilən seçkilərdə də saxtakarlıq etdiyinə görə, həmin dairə bütövlükdə buraxılmışdı). İndi qarşıda 2 sual durur.

1. 70 saylı DSK-nın bu postda cəmi 3 ay işləmiş sabiq sədri, Şərəfə ərazi nümayəndəliyindən bu vəzifəyə gəlmiş Valeh Seyfullayev hələ də boş qalan həmin posta qayıda biləcəkmi?

2. 70 saylı DSK-nın “qəza”ya düşməsi qarşıdakı parlament seçkiləri ilə bağlı deyil ki? Bəziləri güman edir ki, bu dairədə deputat olmağa çalışan şəxs indidən bu dairəni özəlləşdirməyə çalışır.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10