Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qocalmağın qarşısını almağın sirri açıqlandı


ABŞ-dakı Mayo Klinik sağlamlıq mərkəzi tərəfindən aparılan araşdırmada qocalıqda zəifləməyə səbəb olan hüceyrələri təsirsiz hala gətirən dərman kəşf edildiyi açıqlanıb.

Araşdırma zamanı iştirakçılara, adətən, xərçəngin müalicəsində istifadə olunan bir dərman verilib və üç gündən sonra bioloji yaşlanma hüceyrələrinin sayının azaldığı müşahidə olunub.

“Məqsəd yaşla əlaqəli xəstəlikləri təxirə salmaq, yavaşlatmaq və ya qarşısını almaqdır. İnsanların həyat keyfiyyətini yaxşılaşdırmağa çalışırıq. 90 yaşlı insanlar özünü 40 yaşında kimi hiss edirsə, bu, yaxşı bir şeydir”, - tədqiqatın mütəxəssisləri deyib. (oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10