Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda “Masallı günləri” olacaq||--||



Bu il fevral ayının 10-da, Bakıda Musiqili Dövlət Teatrında “Masallı günləri” keçiriləcək. Əldə etdiyimiz məlumata görə, belə günlər digər rayonlarla bağlı da keçiriləcək. Masallının Beynəlxalq Folklorlar Festivalları keçirmək təcrübəsi nəzərə alınaraq ilk təşəbbüs bu cənub rayonuna verilib. Bu tədbir çərçivəsində Masallı öz tarixinə, mədəniyyətinə, bu gününə aid sərgilər, filmlər, kitablar təqdim edəcək, masallılı musiqiçilər, aktyorlar- İlham Əsgərov, Baloğlan Əşrəfov, Lalə Məmmədova, Miriş Hüseynov və başqaları öz məharətlərini nümayiş etdirəcəklrər. Tədbir axşam saat 6-da başlayacaq. Tədbirin tarixində dəyişiklik olarsa, bu barədə əlavə məlumat verəcəyik. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10