
Sinqapurun nefti olmasa da, ancaq dünya neft sənayesi ilə sıx əlaqəsi var: Dünya üzrə dəniz neftinin kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan üzən qazma qurğularının 70% avadanlığı Sinqapur tərsanələrində istehsal olunur.
Sinqapur müstəqillikdən əvvəl 3 şey ixrac edirmiş: kibrit, balıq qarmağı və balıq tutmaq üçün tor. İndi ixracatın əsas hissəsi informasiya texnologiyaları məhsulları, neft və kimya məhsulları və elektronik avadanlığın payına düşür.
Sinqapurun dövlət büdcəsinin gəlirləri 51 mlrd. dollar ətrafındadır. 2018-ci ildə şəhər-dövlətin ÜDM-i 364.1 mlrd. dollar olub. Sinqapurda 3000-dən çox tanınmış xarici şirkətin ofisi yerləşir.
Əhalisi 5.6 mln. nəfərdir. Sinqapur şəhəri 1 ildə 50 mlrd. kVt/saat elektrik enerjisi istehlak edir və istehlakın 2%-i alternativ enerji mənbələri hesabına həyata keçirilir (Azərbaycandan 40 dəfə çox - ərazisi də Abşeron yarımadasından kiçikdir). Bu dövlət elektrik enerjisi idxal etmir.
(Mənbə: ayna.az)