Lənkəranda fərdi təsərrüfatda xırdabuynuzlu heyvanlar tələf olur.
Rayonunun Digah kəndində fərdi təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar xəstəliyə yoluxandan sonra dırnaqları uzanır, soyulur və çürüyür.
Daha sonra heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olurlar. Təsərrüfat sahibi İxtiyar Qasımov deyir ki, 4 il ərzində yayılan xəstəlik nəticəsində 150-yə qədər qoyunundan cəmi 23-ü qalıb. Baytarlar müəyyən tədbirlər görsələr də, heç bir təsiri yoxdur. Xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olması təsərrüfatçıları çox narahat edir. Yoluxucu xəstəliklərin insanlara və ya təsərrüfatda saxlanılan digər cins heyvanlara keçməsindən ehtiyat edirlər.
Lənkəran Rayon Baytarlıq İdarəsindən APA-ya problemlə bağlı yeni xəbər tutduqlarını bildiriblər. Xəstəliyin elmi adının nə olduğunu soruşduqda isə rayonun baş baytarı Əzizağa İsgəndərov bildirdi ki, ilk olaraq götürülən nümunələr laboratoriyada sınaqdan keçirilməlidir. Amma orada infeksiyadan söhbət gedə bilməz. Dırnaq çürüməsi mikrobakterioz xəstəliyindən ola bilər. Bu xəstəliyə uyğun peyvənd isə baytarlıq idarəsinə verilmir. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar olaraq həmin xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağı yara olmuş, zədələnmiş heyvan ayaqları üstə dura bilmir, qida məhsullarını qəbul etməkdə çətinlik çəkir və nəticədə tələf ola bilir. Bu heyvanlar baytarlıq idarəsinin nəzarətindədir, yaxın günlərdə xəstəlik ləğv ediləcək.
İdarə rəisi həmçinin əlavə etdi ki, heyvanlar vaxtlı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir.
(Mənbə: apa.az)