Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şeyxdən qaçan şahzadənin köməyinə - Kral qardaşı çatdı



Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumla Londona qaçan şahzadə Hayanın növbəti məhkəmə prosesinin detalları məlum olub.

Xarici KİV-ə istinadən xəbər veririk ki, İngiltərədən sığınacaq istəyən, ancaq müraciəti rədd edilən Hayaya dəstək İordaniya kralı olan qardaşı II Abdullahdan bin Hüseyndən gəlib. Abdullah bacısının Londonda qalmasını təmin etmək üçün onu ölkəsinin İngiltərədəki səfirliyində diplomat kimi təyin etmək haqda göstəriş verib.

Ancaq Xarici İşlər Naziri Ayman Safadi buna müsbət yanaşmayıb. Onun fikrincə, şahzadənin diplomat kimi təyin olunması İngiltərə ilə münasibətlərə ziyan vuracaq. Hayanın digər qardaşı Əli bin Hüseyn, fələstinli ərəblər də ona dəstəkdir.

Hayanın Londonda qalamsı üçün diplomat təyine dilməsi təklifi vəkilləri tərəfindən irəli sürülüb. Bunun London hökuməti tərəfindən qəbul edilməyəcəyi də ehtimal olunur. Belə olan halda İngiltərəni tərk etmək məcburiyyətində qalan Hayanı kral qardaşı başqa bir ölkəyə diplomat göndərə bilər.

Məhkəmədə Hayanın Əl-Maktumdan külli miqdarda pul oğurlaması və başqaları ilə münasibətdə olması iddiası ilə təzminat tələb edilsə də, məhkəmə tələbi yerinə yetirməyib.

Haya və 2 uşağı barədə isə qoruma qərarı çıxarılıb. Şahzadənin sevgilisi Rassl Flauerslə görüşməməsi də qərara alınıb.

“Al Quds” qəzetinin yazdığına görə, Əl-Maktum Lodon hökumətini Haya ölkədən çıxarılmasa, İngiltərədəki bütün sərmayələrini geri çəkəcəyi ilə hədələyib.

Qeyd edək ki, Hayanın boşanması baş tutarsa, sevgilisi ilə evlənəcəyi iddia edilir. Şahzadə boşanma ərəfəsində haqqında xəbərlərin yazılmaması üçün də məhkəməyə müraciət edib.

(Mənbə: qafqaz.info)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10