Dağıstan paytaxtı Mahaçqalada "Xeyirxahlıq çarxı" adlı xeyriyyə vəqfi əlil arabası istifadəçilərinin zərgərlik sənətini öyrənə biləcəyi kiçik sex açmaq niyyətindədir.
"Fond əlil arabası ilə gəzən əlillərə yardım göstərir. Artıq üçüncü ildir ki, mən onlara zərgərlik bacarıqlarını öyrədirəm. Bir müddət sonra kiçik bir özəl istehsal müəssisəsi açılması planlaşdırılır. Əvvəllər mən yalnız uşaqlar evinə gedirdim, indi iş üçün öz məkanımız olacaq. Bir otaq icarəyə götürdük. Artıq avadanlıq, dəzgah almışıq. Təmir etmək qalır və sexin açılışı olacaq"- deyə vəqfin prezidenti, gənc dağıstanlı zərgər Naida Maqomedova bildirib.Maqomedovanın sözlərinə görə, o, əlillərə hələ “Xeyirxahlıq çarxı” vəqfi açılmazdan öncə - 2016-cı ildə, respublika “Peri-İnnovasiya” fondunda iki həftəlik təlim kursu keçdikdən sonra təlim verməyə başlayıb.
Müsəlman xanımın rəhbərlik etdiyi vəqf bu il Dağıstan Sosial İnkişaf Nazirliyinin 550 min rublluq bir qrantını da qazanıb. Qrant N.Maqomedova ilə birlikdə əlillərin təlimi ilə məşğul olacaq üç mütəxəssisin əmək haqqına sərf olunacaq.
(Mənbə: moderator.az)