ABŞ prezidenti Donald Tramp İrana tətbiq olunan sanksiyaların genişləndirilməsini istəyib.
Ağ Ev rəhbəri Maliyyə Nazirliyinə bununla bağlı tapşırıq verib.
Qərarı tvitter hesabından açıqlayan Tramp sanksiyaların əhəmiyyətli dərəcədə artırılacağını qeyd edib.
Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emalı zavodlarına edilən silahlı hücumda İranı ittiham edir.
(Mənbə: publika.az)