Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ona heç nə olmadı, mənim isə iki övladım anasız qaldı...” - Müəllimin bədbəxt etdiyi xadimə...





Son zamanlar qız qaçırma, erkən nigah, boşanma hallarının çoxalması kimi problemləri nəzərə alaraq “Qadın taleyi” rubrikasına uzun bir fasilədən sonra yenidən davam edir

Qeyd edək ki, müsahiblərimizin adlarını bəzi səbəblərdən şərti olaraq təqdim edəcəyik.

Bu dəfə işlədiyi məktəbdə müəllimlə münasibətdə olduğu üçün ailəsi dağılan Nərgizin (adı şərtidiri) həyat hekayəsini təqdim edəcəyik. 

Nərgiz əməkdaşımıza olanları belə nəql edib:

“Ailədə bir qardaş və iki bacıyıq. Elə oldu ki, mənim on beş yaşım olanda anamız xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bundan sonra atam da başqa qadınla evləndi. Həmişəki kimi analığımız bizi yola vermirdi. Özünün də övladı olandan sonra ümumiyyətlə bizi evdə görmək istəmirdi. Xalalarımız bizi başqa evlərə düşməyək deyə öz oğlanlarına aldılar, yəni iki bacı, iki xalaoğlumuza ərə getdik. Ancaq gəlin gələndən sonra bildim ki, xalam oğlu məni anasının sözünə görə alıb və əslində özünün sevdiyi qız olub. O, qızı isə almağa xalam razı olmayıb. Xalam deyib ki, guya o, qız yaxşı qız deyil, adına başqa sözlər danışırlar”.

“Hətta iş o yerə çatmışdı ki, mənim yanımda ola-ola Rusiyadan olan qızlarla...”

“Elə oldu ki, evimizin yaxınlığında olan məktəbə xadimə kimi işə düzəldim. Buna elə də ehtiyacım olmasa da, pensiya üçün işləməyimin vacib olduğunu bilirdim. Həyat yoldaşım isə Rusiyada işləyirdi. İlin demək olar ki, çoxunu Rusiyada olurdu. Ona görə də evə də gələndə bir ay qalıb geri qayıdırdı. Getdikcə mənə qarşı çox soyumuşdu. Mən isə çox qısqanc biriyəm. Hətta iş o yerə çatmışdı ki, mənim yanımda ola-ola Rusiyadan olan qızlarla yazışırdı”. 

“Gördüm ki, artıq bu münasibəti belə çox gizlədə bilmərəm...”

“Onun bu laqeydliyi məni dostunun qurbanına çevirdi. Məktəbdə müəllim işləyən həyat yoldaşımın dostu tez-tez bizə gəlib-gedirdi. Bir gün bu dostluq mənimlə artıq münasibətə çevirildi və biz görüşməyə başladıq. Həyat yoldaşım Rusiyada olduğu üçün qaynanamla qalırdım və gecələr müəllimlə görüşürdük. Bir müddət sonra müəllimlə münasibətlərimə son qoymaq istədim. Gördüm ki, artıq bu münasibəti belə çox gizlədə bilmərəm, kənd yerində üstü açılacaq. Bunu o, adama deyəndə razılaşmadı və məni hədələməyə başladı”.

“Həyat yoldaşım məni öldürməsin deyə yaxınlarım məni tez ata evimə apardı...”

Sonra isə mənimlə birlikdə olarkən çəkdiyi videosunu kəndə yaydı. Aləm bir-birinə dəydi və həyat yoldaşım məni öldürməsin deyə yaxınlarım məni tez ata evimə apardı. Bundan sonra müəllim həbs edildi, həm o, həm də mən məktəbdən işdən çıxarıldıq. Kənd sakinləri müəllimin evinə hücum edib ailəsinin kənddən çıxmasını tələb edirdilər. Müəllim məqsədini polis bölməsində izahatında da yazdı. Elə oldu ki, altı ay azadlıqdan məhrum edildi. Mən isə bir oğlum və qızımı ər evində qoyaraq ata evində göz yaşı tökməyə başladım”.

 “Vaxtında o, mənimlə normal davransaydı, başqasına ehtiyac duymazdım...”

“Həyat yoldaşım mənə heç nə demədi, çünki həyatımda kiminsə olmasında onun da payı var idi. Vaxtında o, mənimlə normal davransaydı, başqasına ehtiyac duymazdım. Aradan bir ildən çox vaxt keçdi və mən atamın Bakıda kirayə tutduğu evdə yaşamağa başladım. Burda kafelərdən birində işə də düzəldim, qab yuyurdum. Yenə ürəyim dözmədi bilet alıb Rusiyaya həyat yoldaşımın yanına getdim və dedim ki, məni bağışlasın. O, isə məni döyərək qovdu. Əlbəttə onun məni bağışlaması qeyri-mümkün idi, amma etdiyim səhvin nə qədər böyük olduğunu anlayırdım”. 


“Elə oldu ki, bir gün ev sahibi məni yanına çağırıb dedi ki...”

“Yenidən kor-peşman Bakıya kirayə qaldığım evə qayıtdım. Evdində qaldığım qadına isə başıma gələnləri deməmişdim. Ona demişdim ki, həyat yoldaşım Rusiyada işləyir və bir müddət sonra mən də yanına gedəcəm. Elə oldu ki, bir gün ev sahibi məni yanına çağırıb dedi ki, bir vaxt evində kirayə qaldığı rəfiqəsi bizim kənddədi və indi də ona dəyməyə gəlib. O, biləndə ki, evində kənddən kirayənişin var, deyib ki, çağır mən də onu görüm. Bunu biləndə halım dəyişdi. Qadınla görüşəndə göz-qaş elədim ki, olanları deməsin. Sonra təklikdə başıma gələnləri ona da nəql etdim”. 


“Etdiklərimə görə peşmanam...”

“İndi müəllim azadlığa çıxdı, yenə başqa bir məktəbdə müəllim işləyir. Olan isə mənə oldu, ailəm dağıldı, iki uşağım qaynanamın himayəsində anasız qaldı. Uşaqlarım da bu hərəkətimə görə məndən üz döndərdilər. Etdiklərimə görə peşmanam. Mən müəllimə ürəyimi açmışdım və gərək o, bu hərəkəti edib ailəmi dağıtmayaydı. Qaynanam həyat yoldaşımın sevdiyi qıza pozğun deyirdi, amma Allah öz gəlininin qarşısına çıxardı”.  
(Mənbə: moderator.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10