Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Birinci seriyada evli bir qadın ərinin ikinci arvad aldığını bilir və...” -FOTOLAR


CAR-da çoxarvadlılığın bütün incəliklərindən bəhs edən film çəkildi...




Cənubi Afrika Respublikasında müasir cəmiyyətdə çoxarvadlı nigah zamanı yaranan problemləri ətraflı açıqlayan “İkinci arvad” adlı çoxseriyalı film çəkilib. 
Filmin ilk bölümündə ərinin ikinci arvad aldığını bilən evli bir qadının əhvalatı nəql edilir. Müsəlman bir xanım  özünü xəyanət olunmuş kimi hiss edir və əri ilə, eləcə də yerli imamla qarşıdurmaya girir. 

Ekran əsərinin ikinci seriyası çoxarvadlılığın uşaqlara, ikinci xanım və ərə necə təsir etməsinə həsr olunub. 

Üçüncü hissədə isə Məhəmməd peyğəmbər əleyhissəlamın birdən çox arvad almasının səbəbləri araşdırılır. 
 
"Filmimiz heç bir şəkildə Quran və Sünnəni pozmur. Bu əsər cəmiyyətimizdə aktual bir problemi açıqlayır. Bu gün müsəlman din xadimləri, imam və kişilərin əksəriyyəti yalnız şəriətə diqqət yetirirlər, lakin bəzi xanımlarımızın yaşadığı emosional zədələrə fikir vermirlər "-  filmin müəllifi Sedik Saymons belə deyir.

Rejissorun sözlərinə görə, onun kino çəkilişi metodologiyası, eləcə də filmdəki personajların geyimləri  İslam prinsiplərinə əsaslanır. Filmdə ər-arvad rollarını real həyatda evli olan müsəlmanlar ifa edir.

Qeyd edilir ki,  S.Saymons  müəllif kimi yeni kino əsərinin yaradılmasının bütün mərhələlərində - ssenarinin yazılmasından filmin nümayişinədək iştirak edir.
(Mənbə: moderator.az)







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10