Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO





Argentinada yeddi balina dalğalar tərəfindən sahilə çıxarılıb.

“RİA Novosti” xəbər verir ki, hadisə kurort şəhəri Mar-del-Plata yaxınlarında baş verib.

Balinalardan birinin öldüyü bildirilib.

Yerli TN telekanalı könüllülərin və mütəxəssislərin qatıldığı xilasetmə əməliyyatını canlı yayımlayıb.

Artıq balinalardan ikisini dənizə qaytarmaq mümkün olub.

Ancaq bu, o qədər də asan başa gəlməyib. Belə ki, dəniz nəhəngləri həm ağırdırlar, həm də onları mümkün qədər dərinliklərə buraxmaq lazımdır ki, dalğalar yenidən sahilə çıxarmasın.

Hələlik hadisənin səbəbləri bəlli deyil. Mütəxəssislər bildiriblər ki, dənizdə qabarma və çəkilmələr həmişəki qaydasında olub.









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10