Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sürücülük vəsiqəsi verən rəisin evində oğurluq olubmu?||--||




Bu günlərdə redaksiyaya bir neçə mənbədən maraqlı bir məlumat daxil olub. Məlumatda bildirilir ki, Lənkəranda yerləşən, 5 saylı rayonlararası imtahan qrupunun (el dilində desək, sürücülük vəsiqəsi verən idarə) rəisi Əlxan (El arasında Elxan) Zeynalovun evində oğurluq olub. Guya Lənkəranda onun müvəqqəti yaşadığı, həmin şəhərin keçmiş polis rəisi İmran Hüseynəliyevin evinə maskalılar girib və evdən 150 min manat pul aparıblar. Ə. Zeynalov isə əlaqələrindən istifadə edərək bu xəbərin ictimailəşdirilməsinə imkan verməyib.

Deyilənləri dəqiqləşdirmək üçün Əlxan Zeynalovla əlaqə saxladıq. O bildirdi ki, deyilənlər yalan və böhtandır. Birincisi, mən həmin evdə yaşamıram. Daha doğrusu, həmin evdə 10 il bundan öncə qısa müddət yaşamışam və hazırda həmin evdə rəhbər vəzifədə bir polis zabiti yaşayır. Həmin evin heç normal mühafizəsi də yoxdur. Mən belə evdə niyə pul saxlamalıyam ki? İkincisi də, ötən il dekabrında mən ailəmlə birlikdə Türkiyədə müalicə olunmuşam. Deyilənlər həqiqətə uyğun deyil. Tam böhtan və yalandır.

Elcan 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10