Ağ Ev: Bu görüş İranın xeyrinə olmayacaq
ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT-nin baş qərargahında iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırlaşır. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin müşaviri Kelin Konvey (Kellyanne Conway) məlumat verib.
ABŞ dövlət katibi Mayk Pompeonun verdiyi məlumata görə isə, görüşün əsas səbəbi Səudiyyə Ərəbistanının neft obyektlərinə təşkil olunan hücumda İranın ittiham olunmasıdır.
Konvey də öz növbəsində bununla bağlı Trampın Ruhani ilə görüşəcəyini və bu görüşün İranın xeyrinə olmayacağını vurğulayıb: “Eskalasiyanı dayandırmaq üçün edilən bütün çağırışlara rəğmən, İran dünynın enerji təchizatına misli görülməmiş bir hücum təşkil edir”.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında yerləşən “Armako” neft şirkətinə hücum təşkil olunmuş və güclü partlayış baş vermişdi.