Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mənsimovun “vurulan” gəmisi delfinlərlə yarışır - Video





Avqustun 14-də İstanbulun Dəmir bölgəsində sahilə yaxınlaşan “Doric Varrior” gəmisi tərəfindən vurulduğu bildirilən “Palmali” Şirkətlər Qrupuna məxsus “Məmməd Əmin Rəsulzadə” gəmisi səfərə çıxıb. Gəmi Aralıq dənizi sularında yol boyu delfinlərlə yarışıb.

 “Palmali”nin rəhbəri Mübariz Mənsimov “Rəsulzadə” gəmisinin səfərini ilə bağlı Yutub səhifəsində video paylaşıb. Səfər zamanı M.Mənsimov özü də gəmidə olub.

M.Mənsimov bildirib ki, bundan sonra şirkətinə məxsus bütün gəmilərdə “Palmali” loqosu ilə yanaşı, iki türk dövlətinin – Azərbaycan və Türkiyənin bayraqları da dalğalanacaq.

Xatırladaq ki, “Məmməd Əmin Rəsulzadə” gəmisi ilk yükünü 31 avqust ayında qəbul edib və ötən gün səfərə çıxıb. Gəminin ilk yükü buğda olub.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10