Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Özünü yandıran iranlı qız digər iranlı qadınlar üçün futbola yol açdı



Özünü yandıran iranlı qız digər iranlı qadınlar üçün futbola yol açdı

O, həm də İranın sabiq nüfuzlu şəxslərindən birinin qızı olub

 

 

İranda qadınlarla bağlı inqilabi qərar


İranlı qadınların stadionda futbola baxmasına şərait yaradılacaq.

Bunu  İranın vitse-prezidenti Hüseyn Əli Əmiri bildirib.

Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.


Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb. (APA)

Məlum olduğu kimi  bir neçə həftə öncə 3 iranlı qız kişi qiyafəsində (özlərinə saqqal, bığ düzəltməklə) futbola baxmaq üçün stadiona getmiş, sonradan bu olay aşkarlanmış və həmin qızlardan biri məhkəməyə verilmişdi. Səhər adlı qız cəzalandırılmasına etiraz olaraq elə məhkəmə binasının qarşısında özünü yandırmış və bir həftə öncə dünyasını dəyişmişdir.

Bu faciəli olaya Beynəlxalq Futbol Federasiyası kəskin reaksiya vermiş və bəyan etmişdi ki, İran qadınlara qarşı bu qadağanı götürməsə o Beynəlxalq Futbol oyunlarına buraxılmayacaq. Məhz bundan sonra İan yuxarıda qeyd etdiyimiz addımı atmışdır. 

Onu da xatırladaq ki, özünü yandıran qız İranın sabiq nüfuzlu şəxslərindən birinin qızı idi.

Məhsəti

cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10