Masallıda ənənəvi xeyriyyə aksiyası keçirilib
Yeni dərs ili ərəfəsində Masallıda bir neçə gündür ki, ənənəvi humanitar aksiyalar keçirilir.
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi humanitar aksiyada rayonun aztəminatlı ailələrinin uşaqlarına, bir və iki valideynini itirmiş, himayədə yaşayanlar, sosial vəziyyəti aşağı olan və sair ehtiyacı olan uşaqlara 2019-2020 - ci tədris ili ilə əlaqədar məktəbli geyimləri, qiymətli hədiyyələr və ərzaq sovqatı verilib.
Xeyirxah insanların, Masallıdan olan deputatların, iş adamlarının, xeyriyyəçilərin, idarə - müəsissə və təşkilatların, ictimai birliklərin əlbir dəstəyi ilə baş tutan, Masallı rayonu üzrə bir neçə gün davam edən, ümumiyyətlə, 500-ə qədər məktəblinin ehtiyacını təmin etmək nəzərdə tutulmuşdur. Və bu məqsədə nail olunmmuşdur.
Valideynlər və onların uşaqları ilə görüşmək üçün Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, bələdiyyə sədrləri, ərazi nümayəndələri, jurnalistlər bir araya gəlmişlər.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, ölkə rəhbərliyi bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini daim həyata keçirir. Əhalinin sosial təminatı üzrə proqramların da yüksək səmərəliliklə reallaşdığını vurğulamaq gərəkdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində 500-ə yaxın birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilmişdir. Fondun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir. Yeni dərs ili hər şagirdin həyatında əlamətdar hadisədir. Hər bir uşaq yaxşı oxumalı, Vətənə layiqli övlad kimi böyüməlidir. Bu gün onlara kömək olunursa, sabah bu xeyirxahlığı onlar digərləri üçün edəcəklər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarına gələcəkdə yaxşı oxumağı tövsiyə edib bildirdi ki, sizin sevinciniz bizim sevincimizdir. Yaxşı oxuyun, valideynlərinizə köməkçi olun. Hökmən deyil ki, ali təhsil alasınız. Əsas odur savadlı gənc kimi yetişin. Müasir həyat Sizin hər birinizdən bunu tələb edir. Valideynlər isə öz növbələrində uşaqlarının dərslərində iştirak etsinlər, onların təlim-tərbiyəsi, bilikləri necə mənimsəməsi ilə məşğul olsunlar, maraqlansınlar. Yeni dərs ilində hər birinizə yalnız yaxşı oxumağı, bilikli olmağı arzu edirəm!
Uşaqlara geyimlər, ərzaq yardımı paylanıldı. Qoy bilik bayramı ərəfəsi evlərdə yemək hazırlansın, sentyabrın 16-da uşaqlar xoş əhval - ruhiyyə ilə məktəbə yollansınlar.
Görüşdə çıxış edən aztəminatlı ailələrin valideynləri - Çaxırlı kəndindən Gülnaz Xəlilova, Hişkədərə kəndindən Aysel Məmmədova və başqaları yeni dərs ili ərəfəsində onların övladlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və onun xanımı, Birinci vitse - prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Axırda xatirə şəkli çəkdirildi.