Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdən Bakıya 6 manat||--||




Lerik rayonundan danışanda xaraba yollardan danışmaq demək olar ki, heç kim üçün maraqlı olmaz. Yəni, bu barədə o qədər deyilib ki, hamı üçün adi söhbətə çevrilib. Həqiqət naminə deyək ki, son illər Lerikdə yol tikintisi sahəsində bir sıra uğurlu işlər də görülüb – Zuvand istiqamətinə asfalt yol çəkilib, hazırda Xanagah yolunda asfaltlama işi aparılır. Bəs bizə şikayət ünvanlayan Lerikin Hamarat kənd sakinləri nədən narazıdır. Həmin kəndin sakini Zəfər Oruc oğlunun imzası ilə reaksiyaya daxil olan məktubda yazılıb ki, ucqar Hamarat və ona yaxın kəndlər Lənkəran-Lerik yoluna çıxmaq üçün çox əziyyət çəkirlər. Həmin istiqamətə kənd yolu rayon rəhbərliyinin və yerli sakinləri ciddi səyi ilə təmir olunsa da, yəni hər cür maşının bu yolda hərəkəti üçün şərait yaradılsa da, həmin yolda ictimai nəqliyyat işləmir. 17 kilometr yol qət edib Piran yoluna çıxan hamaratlılar kənddən rayon mərkəzinə getmək üçün ən bir başa 6 manat xərcləyirlər. Eyni miqdarda da pul geri qayıtmaq üçün xərclənir. Təsəvvür edin ki, Lerikdən Bakıya getmək də 6 manatdır, Lerikdən Lerikə, Hamarata da getmək də. Zəfər Oruc oğlu bildirir ki, Pirandan Hamaratadək 6-7 kənd var. Yəni bu istiqamətdə bir mikro-avtobus heç olmasa bir reys etsə, kifayət qədər sərnişin toplaya bilər. İndi rayon mərkəzinə gedib gəlmək, ən azı 12-15 manata başa gəlir. Məhz bu səbəbdən kəndlərimiz sürətlə boşalır. İnsanlar artıq bu şəraitdə yaşamaq istəmirlər. Hamaratda 50-dən artıq evin yarıdan çoxu boşdur. Kəndin az qala yarısı Bakının Binə kəndinə köçür. Xahiş edirik, bizə kömək edin. Bir mikro-avtobus nədir ki, onun 10-a yaxın kənd sakinindən əsirgəyirlər. Belə getsə, bu kəndlərdə adam qalmayacaq.


Rauf Rzayev


Lerikdən Bakıya 6 manat||--||

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10