2020-ci ildə Xəzər dənizində səyahət turları planlaşdırılır.
Bunu “RİA "Novosti” agentliyinə müsahibəsində Həştərxan vilayətinin yeni qubernatoru İqor Babuşkin bildirib.
“Artıq 2020-ci ildə Xəzər dənizi üzrə əsasən Həştərxandan Aktau, Türkmənbaşı, Bakı, Mahaçqala naviqasiyası üzrə marşrut planları hazırlanıb. Mən “Avaza” turizm zonasına və Türkmənbaşı limanına səyahəti Türkmənistan nümayəndələri ilə müzakirə etmişəm", - deyə qubernator bildirib.
O ümid edir ki, Azərbaycan dəniz səyahətləri ideyasını müsbət qarşılıyacaq.
Gələn ilə Xəzər dənizində 3 kruiz nəzərdə tutulub ki, onlarda 1050 turistin iştirakı gözlənilir.