Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sərxoş halda xəstə qəbul edən haramxor həkim işdən qovuldu...-FOTOLAR+VİDEO


Travmotoloq  pasientə gipsin üzərinə məlhəm çəkməyi məsləhət görüb… 




Rusiyanın Şimali Osetiya respublikasındakı  xəstəxanalardan  birinin həkimi Allahın haram buyurduğu içkini qəbul etdiyinə görə işini itirib.  
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki,  qalmaqalı olay zədəli bir uşağın Mozdok şəhər xəstəxanasında bəhs edilən həkimin qəbuluna gəlməsi zamanı baş verib. Hadisə uşağın valideynlərindən birinin  çəkdiyi iddia edilən video-görüntülər  sayəsində bəlli olub. Sosial şəbəkələrdə yayılan videoda tam sərxoş olan, başı az qala masaya dəyən travmatoloqun xəstəyə gipsin üzərinə məlhəm çəkməyi məsləhət gördüyü göstərilir.  Həkimin onu videoya çəkən valideyndən biablrcasına qaçmağa çalışdığı  da bəlli olur...
Mediada geniş əks-səda doğuran hadisəyə Mozdok xəstəxanasının rəhbərliyi dərhal günahkar həkimin işdən çıxarıldığını elan etməsi ilə cavab verib.

Xəbərdə  o da qeyd edilir ki, son bir neçə ildə Şimali Osetiya əhalinin alkoqola meyillənməyi  baxımından Şimali Qafqaz respublikaları arasında birinci yeri tutub.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10