Bu il yanvar ayının 26-da, axşam 8-9 arası Masallı Rayonunun Seybətin kəndində (şərq tərəfdən Masallı şəhərinə bitişik ərazi, Seybətin döngəsi) dəhşətli qətl hadisəsi baş verib. 20 yaşlı, hərbi xidmətdən yeni tərxis olunmuş Mircamal Həmidzadə mübahisə zəmində doğma atası, təxminən 50 yaşlı atası Kamal Həmidovu öz evində qətlə yetirib. Mircamal atasının 2 bıçaq zərbəsi vurub – biri ürəyinə, biri ciyərinə. Kamal Həmidov elə evindəcə keçinib. K. Həmidov bu gün, yanvarın 27-də doğma kəndi Seybətində dəfn edilib. Xatırladaq ki, Mircamal Həmidzadə Ailənin 3-cü uşağıdır. Onun iki bacısı var. Artıq Mircamal Həmidzadə həbs edilib və onun barəsində cinayət işi açılıb.
Bəxtiyar