“Ayın 26-da saat 13 radələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin qapısını məhkumlardan birinin dörd qohumu kəsib. İstirahət otağında olan Natiq Əliyev narazı qalan qohumların hay-küyü qarşılığında onları alt paltarında qarşılamağa məcbur olub”. Bu barədə müsavat.com-a jurnalist Aydın Canıyev məlumat verib. Jurnalist deyib ki, əl-qol atmağacan gərginləşən olaya səbəb “...məhkəmə sədrinin icraatında olan cinayət işinin “həlli” üçün “müştəri”dən 70 000 (yetmiş min) manat məbləğində rüşvət almasıdır. Aldığı pulun müqabilində vəd etdiyi qərarı verməyən məhkəmə sədrinə etiraz bu dərəcədə açıqcasına həyata keçirilib”.
Musavat.com qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirsə də, hələ ki, qarşı tərəfdən soraq yoxdur.