Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda qardaş bacını qətlə yetirdi||--||



Son 2 ayda Masallı və Lənkəran rayonlarında 10-a yaxın qətl hadisəsi baş verib Təəssüf ki, bu qətllər bitmək bilmir. Belə ki, Lənkəranda yenə dəhşətli qətl hadisəsi baş verib. Dünən, yanvarın 21-də saat 21.00 radələrində rayonun Xolmili kəndində qeydə alınan bu hadisə çox qəribə səbəbdən baş verib..

Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı, 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Çoxlu qan itirən Kübra Əhmədova isə hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş Ceyhun Əhmədov isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə, bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50 manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb.

Qətli törətmiş Ceyhun Əhmədovun həmçinin psixi problemləri olduğu bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA) 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10