Saday Şəkərlinin Amerikada kitabı çap olunub.
Moderator.az xəbər verir ki, bir neçə gün öncə altmış illik yubileyini qeyd edən və hazırda Rusiyada yaşayan şair Saday Şəkərlinin Amerikada kitabı çap olunub. Bu haqda saytımıza S.Şəkərli özü məlumat verib:
“Altmış illiyimə ən gözəl hədiyyəmi Amerikadan göndərdilər. Kitabdakı şeirləri professor K.Rabbas və M.Cəlilov tərcümə edib. Şeirləri təmənnasız olaraq adlarını çəkdiyim şəxslər tərcümə edərək çap ediblər. Hamısına öz təşəkkürümü bildirirəm”.