Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Həmişə demişəm və yenə deyirəm, məktəblərdə “Ailə” dərsi keçirilməlidir, çünki..."


Tanınmış televiziya aparıcısı, əməkar artist Nailə İslamzadə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunun ölkədəki ailə institutunun üzləşdiyi problemlər və çıxış yolları barədə Moderator.az-a açıqlamasında səsləndirdiyi fikirlərə münasibət bildirib:

"Novella xanımın fikirləri ilə tamamilə razıyam. Ailə quracaq gənclər ailə həyatının enişli yoxuşlu yollarına hazır olmalıdırlar. Mən həmişə demişəm və yenə deyirəm, məktəblərdə “Ailə” dərsi keçirilməlidir. Çünki, ailə binadır, bünövrəsi möhkəm olmalıdır ki, üstü qurulanda tab gətirə bilsin. O ki qaldı ailənin maddi durumuna, təbii, ailəni bir yerdə saxlayan amillərdən biri də qadının ərindən maddi asılılığıdır. Amma bu daha çox keçmişdə belə idi. Mən qadınlarımızı öz ayaqları üstündə duran, müstəqil görmək istəyirəm, amma bu ailə münasibətlərinə xələl gətirməməlidir. Xırda para şeyləri şişirdib konfliktə gətirmək və ya qazancı ilə özünü digərindən üstün saymaq yolverilməzdir. 
Biz qloballaşan dünya ilə ayaqlaşdığımız zaman, mentalitetimizin ən gözəl tərəflərini qoruyub saxlamalıyıq. Novella xanım doğru deyir ki, burada təbliğatın rolu böyükdür. Bax o təbliğatın necə və kim tərəfindən aparılması isə əsas məsələdir. Təbliğat edən kimdir, nüfüzü və mənəvi haqqı varmı buna?"





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10