Cəlalə Nəzəroğlu mağazalar şəbəkəsinin rəhbəri oldu
Cəlalə Nəzəroğli Masallı rayonun Xırmandalı kəndində boya-başa çatıb. Hər iki valideyni müəllim olub. BDU-nun jurnalistika fakültəsini bitirib.
Uzun illər “Xəzər Xəbər”in aparıcısı olan Cəlalə Nəzəroğluya bu günlərdə vəzifə verilib. O, “Libraff” mağazalar şəbəkəsinə rəhbər gətirilib.
Bu barədə aparıcı sosial şəbəkədə məlumat verib:
“Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra “Libraff” mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Taleh Heydərova təşəkkür edirəm. Vətənə, millətə xeyirli olsun”.