“2018-ci ildə Ermənistana 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi ixrac edilib”.
Separatçı nəşrlərin yaydığı məlumata görə, bunu Xankəndidə keçirdiyi mətbuat konfransında Azərbaycan torpaqlarında qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” sayılan Qriqori Martirosyan söyləyib.
“Artıq elektrik enerjisi ixrac edən bir ölkə olduğumuzu bəyan edə bilərik. Bu il həmin göstəricini xeyli artırmaq niyyətindəyik - 100 milyon kilovat-saata yaxın elektrik enerjisi ixrac etməyi planlaşdırırıq",- deyən separatçı məmur bunun enerji müstəqilliyi baxımından çox müsbət addım olduğunu vurğulayıb.
Q.Martirosyan əlavə edib ki, rejim rəhbərliyi günəş enerjisinin kütləvi istehsalı istiqamətində də tədbirlər görür.
Moderator.az