Kor ata Baham adalarında baş verən “Dorian” qasırğası zamanı xilas etmək üçün əlil oğlunu evdən çiynində çıxarıb.Avqustun 31-də 49 yaşlı Brent Lou təbii fəlakətdən yayınmaq üçün binanın damı uçanda Abako adasındakı evində gizlənib. Kişi başa düşüb ki, beyin iflicindən əziyyət çəkən 24 yaşlı oğlunu yubanmadan xilas etmək lazımdır.
“Mənim üçün dəhşətli idi, elə dəhşətli idi ki...”, - Lou etiraf edib. Kişi oğlunu ayağa qaldıraraq onu çiyninə alıb. O, evin dağıntıları üstündən adlayaraq əli ilə istiqamət müəyyənləşdirib və yaxınlıqdakı binaya çata bilib. Həmin gün küləyin sürəti saatda 354 kilometr olub. Lounu, onun oğlunu və bir neçə qonşusunu möcüzə nəticəsində dağılmamış binada yardım üçün gözləyiblər. Onların arxasınca avtobus gəlib və yeraltı sığınacağa çatdırılıblar. Burada onlara yemək verilib, orada gecələyiblər. Növbəti gün onları ölkənin paytaxtına – Nassau şəhərinə çatdırıblar. Lounu hazırda daha çox böyük qızının taleyi narahat edir. Bir neçə gündür onunla əlsaqə yarada bilmir. O, tezliklə Abakodakı evinə qayıtmağı da arzulayır. Çünki burada qohumları və tanışları yaşayır, lakin burada onu nə gözlədiyini bilmir. Məlumata görə, regiondakı evlərin 90 faizi dağılıb. “İndi düşünürəm, qayıdanda biz harada yaşayacağıq, nə işlə məşğul olacağıq”, - Lou vurğulayıb. “Dorian” qasırğası nəticəsində 43 nəfərin həlak olduğu bildirilir. İlkin ehtimala görə, qasırğa Baham adalarına 25 milyarddan 40 milyard dollara qədər zərər vurub.
Lent.az