Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Peyğəmbərə kimlər sui-qəsd hazırlamışdı? - Sönər Yalçın yazır


Detektiv roman oxumağı çox sevirəm.

Tarixdəki cinayətlər, sui-qəsdlərlə çox maraqlanıram.

Son günlər bir məsələ məni rahat buraxmır:

Hz. Əbubəkir və Hz. Ömər Bizanslılara qarşı yapılan Təbuk yürüşündə Hz. Məhəmmədə qarşı sui-qəsdə cəhd ediblərmi? 

1389 ildir ki, bu mübahisə bitmək bilmir.

İslam sünnü alimi ibn Həzm İslam hüququna aid "Əl Mühəlla” kitabının 11-ci cildində yazır: "Əbubəkir, Ömər, Osman, Təlhə və Əbu Vəqqas Təbukta Rəsulullahı öldürmək istədilər...

Hadisə belə olub:

630-cu il...

Təbuk səfərindən dönərkən Hz. Məhəmməd dava yoldaşlarına vadidən keçməklə getmələrini tövsiyyə etdi, özüsə dağ yolunu seçdi. Yanına sadəcə, Əmmar ibn Yasərlə Hüzeyfə ibn Yəman adlı iki səhabə götürdü.

Yolda vadi yoluyla gedən müsəlman əskərlərdən 14-15 nəfərlik üzü maskalı bir dəstə Hz. Məhəmmədin üstünə hücum elədi.

Məqsədləri Hz. Məhəmmədi dağdan aşağı tullamaq, sonra da onun qəza nəticəsində öldüyünü elan etmək idi.

Hz. Məhəmməd basqınçıları görüb qışqırır və Hüzeyfəyə deyir ki, əlindəki qamçıyla minik heyvanlarının üzünə vursun.

Hz. Məhəmmədin sui-qəsdin fərqində olduğunu anlayan basqınçılar panika içində geri qaçaraq vadidəki döyüşçülərə qarışdılar...

Hz. Məhəmməd basqınçıların mindikləri heyvanlardan onların kimlər olduğunu anladı və bunu yalnız sirdaşı Hüzeyfəyə söylədi...

Sirr açıqlanmadı.

İslam qaynaqları Təbuk səfərindən dönərkən Hz. Məhəmmədə sui-qəsd cəhdi edilməsi barədə həmfikirdi. Həmin vaxt Mədinədə nazil olan 129 ayədən ibarət Tövbə surəsində bunun izləri var. (Zatən hər cür şərdən qurtulmaq üçün yeddi dəfə okunmazmı?)

Ayədə deyilir: "(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!(74)

Hz. Məhəmməd sui-qəsdçilərin adlarını açıqlamadı. Şərhçilər min ildir ki, bununla bağlı min bir iddia irəli sürür. Məsələn, Hz. Əbubəkin Mədinədən uzaqlaşdırılmasını bununla bağlayırlar...

Hüzeyfə də o isimləri açıqlamadı. Hz. Ömərin zaman-zaman "bu adamların arasında mənim də adım varmı”-deyə soruşduğu da mənbələrdən məlumdur.

Hüzeyfənin Hz. Əliyə biət etməsi və uşaqlarına da bunu məsləhət bilməsini başqa nə cür izah eləmək olar?

Hz. Məhəmməd...

Təbuk səfərindən dönəndən 20 ay sonra vəfat elədi. Hələ "öldürüldüyü” iddiası da var! Hz. Məhəmmədin iki arvadı – Hz. Əbubəkrin qızı Aişə ilə Hz. Ömərin qızı Həfsa barədədə əsrlərdir mübahisələr yapılır... Yəni, əslində deyilir ki, "fitnə Məhəmməd öləndən sonra yox, ölməmişdən əvvəl başlamışdı!”

Belə ki...

Müsəlmanlar xəlifə seçkisiylə məşğul olduqları üçün Hz. Məhəmmədin yuyulması və dəfni bir gün sonraya qaldı!

Hz. Ömər Məscidi-Nəbəviyyədəki müsəlmanlara elan etdi ki, Allah xəlifəliyi sizin istəkliniz, Rəsulullahın mağara yoldaşı olan şəxsə nəsib etdi.

Hz. Əli isə hələ peyğəmbərin dəfniylə məşğul idi. Cənazəyə cəmi on yeddi kişi qatıldı. Hz. Əbubəkr və Hz. Ömər yox idi...

Bütün bu məsələlər əsrlərdir müzakirə edilir...

Şübhəsiz, hələ uzun illər bundan sonra da dartışılacaq...

Əsrlərdir müsəlmanlar iqtitar yanğısıyla neçə yerə bölünüb və bölünür.


"Sözçü qəzeti





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10