Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sumqayıtda internet çökdü - 3 saatdan artıqdır ki...


Bu saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır.
APA -nın yerli bürosunun məlumatına görə, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb.
Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10