Almaniyada aparılan bir araşdırma keysəriyyə üsulu ilə doğulan körpələrin irəli yaşlarda daha yüksək sağlamlıq risklərinə məruz qaldığını ortaya qoyub.
Moderator.az xəbər verir ki, "Die Techniker Krankenkasse" adlı tibbi sığorta təşkilatı tərəfindən həyata keçirilən araşdırmanın nəticələri Berlində açıqlanıb. Araşdırma zamanı keysəriyyə ilə dünyaya gələn uşaqlarda yüngül və orta dərəcədə inkişaf qüsurlarının normal doğuşla dünyaya gələn körpələrə nisbətən 9 faiz çox olduğu müəyyən olunub.
Xroniki bronxit riski keysəriyyə ilə doğulan körpələrdə 10 faiz, diqqət əskikliyi və hiperfunksiya pozğunluğu ehtimalı isə 16 faiz nisbətində daha yüksək olduğu ortaya çıxıb..
Araşdırma zamanı 2008-ci ildə dünyaya gələn təxminən 39 min uşağın 8 yaşına qədər sağlamlıq vəziyyətləri nəzarətdə saxlanılıb. Körpələrin ilk bir neçə ildə tez-tez məruz qaldıqları 19 ayrı xəstəlik qrupunda keysəriyyə ilə anadan olanlarda xəstələnmə riskinin daha yüksək olduğu aşkar edilib.