Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2 azyaşlı övladını evdə tək qoyub sevgilisi ilə görüşə getdi - 9 gün ərzində olanlar SİZİ ŞOKA SALACAQ


Ukraynanın paytaxtı Kiyevdə qandonduran hadisə baş verib.

Vladislava Troximçuk adlı 23 yaşlı qadın iki azyaşlı övladını ölümə tərk edib.

Belə ki, Vladislava sevgilisi ilə əylənmək üçün 1 yaşlı oğlu və 3 yaşlı qızını evdə tək qoyub. Oğlan 9 gün boyunca ac və susuz qaldığı üçün ölüb, qız isə ölmək üzrəykən tapılıb. Uşaqlar qonşular tərəfindən aşkar edilib.

Aparılan araşdırma zamanı məlum olub ki, uşaqlar öz nəcislərini və divar kağızlarını yeməyə çalışıblar.

İstintaq tədbirləri nəticəsində saxlanılan “ana” məhkəmədə nə peşmanlığını dilə gətirib, nə də müdafiəsi üçün hər hansı bir söz deyib.

Məhkəmə onun cinayətini sübuta yetirsə, Vladislava 15 il həbs cəzasına məhkum ediləcək.

3 yaşlı qız isə xəstəxanadan müalicəsini bitirdikdən sonra övlad sahibi olmaq istəyən bir ailəyə veriləcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10