Bura Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maşınqayırma pansionatıdır. Burada məskunlaşan məcburi köçkünlər isə Xocalı, Ağdam və Şuşadandır... 27 ildir burada yaşayırlar. Ümumilikdə 200-dən çox ailə olsalar da, bu ilin may ayında onların bir hissəsi Kürdəxanıda inşa olunan, 810 ailəlik məcburi köçkün şəhərciyinə köçüb. 20-yə yaxın ailə isə hələ ki burada yaşayır. Amma onların da “Qobu park 2” yaşayış kompleksində məskunlaşdırılacağı bildirilir.
Maraqlıdır ki, buradan köçən ailələrin evləri naməlum şəxslər ərəfindən talan edilib. Hüquq mühafizə orqanlarına müraciət olunsa da, oğruların kimliyini müəyyən etmək, onları yaxalamaq mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyinin qəzalı olduğunu təsdiqlədiyi bu pansionatda yaşayan ailələrin burada daha bir qış keçirməsi çox çətindir. Bu, onların canı bahasına başa gələ bilər.
Publika.az-ın fotoqrafı Pərviz Həşimi pansionatda olub və mövcud vəziyyəti obyektivində əks etdirib.
Fotoreportajı təqdim edirik: