Bu yaxınlarda Küveytdə aparılan statistik araşdırma yerli kişilərin seçimləri ilə bağlı çox gözlənilməz faktlar aşkara çıxarıb. Məlum olub ki, ərəb kişilərinin evlilik meyilləri ilə əlaqəli ümumi düşüncələrin əksinə olaraq küveytli kişilərin 99 % -i çoxarvadlı deyil.
Moderator.az-ın “Arab-Tayms” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, ən maraqlısı, 4,1 milyon əhalisi olan Küveytdə yalnız 15 kişinin Allahın Qurani-Kərimdə icazə verdiyi maksimum sayda, yəni 4 arvadı var. Özü də ölkə qanunları çoxarvadlı nikahlara icazə verir.
Küveyt Universitetinin psixologiya professoru Hamud əl-Kaşaan yerli müsəlman kişilərin bir çox səbəbə görə monoqamiyaya(təkarvadlılıq) üstünlük verməsi haqda danışıb. Doktor əl-Kaşaanın sözlərinə görə, əvvəllər kişilər arvadları üçün bir növ sosial təminat rolunu oynayırdılarsa, indi qadınların çoxu öz gəlirlərinə sahibdir və maddi olaraq ərlərindən asılı olmağa məcbur deyillər.
P.S. Zənnimizcə, müsəlman ölkələrində çoxarvadlıların az olmasının əsas səbəbi həm də Yaradanın birdən artıq həyat yoldaşına sahib olmaq üçün qoyduğu çox ağır və ciddi şərtlərlə bağlıdır ki, əsl müsəlman kişi bunlara riayət edə bilməyəcəyi təqdirdə çox arvad almağı qəbul etmir...