Millət vəkili: “Dövlət Statistika Komitəsi bu rəqəmləri ictimaiyyətə və ölkə rəhbərliyinə təqdim edirsə, demək, buna görə həm də məsuliyyət daşıyır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Məsələyə sosial şəbəkə hesabında münasibət bildirən iqtisadçı-alim Qubad İbadoğlu yazıb ki, artıma rəğmən, MDB ölkələrinin statistikalarına baxanda, Azərbaycan Dövlət Statistika Komitəsinin və digər mənbələrin açıqlamasının yanlış olduğu görünür. O, fikrini əsaslandırmaq üçün MDB Statistika Komitəsinin və digər mənbələrin əsasında hazırladığım əməkhaqqı cədvəlini təqdim edib:
Ekspertin təqdim etdiyi statistikanı AYNA-ya şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev belə rəqəmlərə inanmamağa üstünlük verir: “Ümumiyyətlə, biz nəyə görə qeyd olunan məlumata inanaq, lakin hökumətin statistikasına inanmayaq? Əlbəttə, biz hamımız pensiyaların artmasını, əhalinin yaxşı yaşamasını istəyirik. Lakin dövlətin gücü bu gün bu qədərinə çatırsa, başqa nə etmək olar?”
Deputat Dövlət Statistika Komitəsinin (DSK) statistikasına da birmənalı yanaşmır: “Dövlət Statistika Komitəsi bu rəqəmləri ictimaiyyətə və ölkə rəhbərliyinə təqdim edirsə, demək, buna görə həm də məsuliyyət daşıyır. Lakin digər tərəfdən, bu statistikaya əks olan rəqəmlər ortaya çıxır. Nəticədə seçim qarşısında qalmağa məcbur oluruq. Amma mən yenə də Dövlət Statistika Komitəsinin açıqlamasına daha çox inanıram”.
“Buna baxmayaraq, peşəkar iqtisadçı ekspertlərin analizlərini də yanlış hesab etmirəm. Digər tərəfdən də, “istehlak səbəti” adlanan sistem var. Ki, onu da nəzərə almaq lazmdır. Çünki dövlətin imkanı hazırda bu qədərinə çatır. Əminəm ki, dövlət bundan da artığını etmək istəyir”, - deyə R.Quliyev əlavə edib.