"Qafqazinfo" törətdiyi amansız cinayətlərlə qandonduran qatil uşaqları təqdim edir:
Erik Smit - O, 4 yaşındakı Derrik Robieni qaçıranda 13 yaşında olub. Erik azyaşlı uşağa işgəncə verərək öldürüb. Törətdiyi cinayətə görə ona ömürlük həbs cəzası verilib. Erik Simit qəddarlaşmasına isə qızılı saçlarına və eynəklərinə görə ətrafdakılar tərəfindən ələ salınması səbəb olub.
Con Venables və Robert Tompson - Onlar 2 yaşlı Ceyms Bulqeri qaçıranda cəmi 10 yaşında olublar. Əlbir olan dostlar azyaşlıya işgəncə verərək öldürdükdən sonra meyitini dəmiryolu relsinə atıblar.
Edqar Ximenez - Yaşı az olsa da, yetərincə cinayət işləyib. 14 yaşlı Edqar narkotik tacirlərinin killeri olub. "El Ponchis" ləqəbli Edqar həbs olunanda polisə 4 cinayətini etiraf edib.
Kristian Fernandez - 1999-cu ildə 12 yaşlı Bianella Susana təcüvüzə uğrayaraq hamilə qalıb. Və 9 ay sonra Kristian Fernandezi dünyaya gətirib. 2 il sonra isə Kristian Florida küçələrində lüt şəkildə gəzərkən tapılıb. O, həyatı boyu təzyiqlərlə üzləşib. 8 yaşında ikən məktəb həyətində bir heyvanı öldürüb. Bir müddət sonra isə iki yaşlı qardaşını döyərək öldürüb. Buna görə onun anası da cinayət məsuliyyətinə cəlb olunub. Çünki anası evə gəlib oğlunu qanlar içində gördükdən 8 saat sonra təcili tibbi yardıma zəng vurmuşdu.
Jasmin Riçardson - Onun həbs müddəti başa çatsa da, Jasmin ruhi dispanserdə müalicə alır. Riçardson 12 yaşında olarkən atası, anası və qardaşını öldürüb. Buna səbəb isə ailəsinin 23 yaşlı sevgilisiylə görüşməsinə icazə verməməsi olub.
Girl A, 11 yaşında
2004-cü ilin iyununda media tərəfindən "Girl A" olaraq adlandırılan 11 yaşlı yaponiyalı qız 12 yaşlı sinif yoldaşı Satomi Mitaraini öldürüb. O, tənəffüs zamanı sinifdə qızın boğazını kəsib. Dəhşətli cinayətə isə öldürülən qızın sinif yoldaşının iki üzlü olmasıyla bağlı məlumat yayması olub. Polis qatil qızın cinayəti törətdiyi vaxt izlədiyi dəhşətli filmlərin təsiri altında olduğunu bildirib.
Belə dəhşətli cinayətlərdən biri isə son günlərdə ABŞ-da qeydə alınıb. Belə ki, Alabama ştatında 14 yaşlı yeniyetmə 5 nəfər ailə üzvünü qətlə yetirib. O, qətli törətdikdən sonra özü hadisə yerinə polisi çağırıb. Məlum olub ki, ailə üzvlərindən 3 nəfər yerindəcə keçinib. Güllələnən daha 2 nəfər isə xəstəxanada dünyasını dəyişib.