Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Düşmən “Su-125” yerləşdirdiyi kəndimizdə yeni uşaq bağçası açdı - FOTOLAR


Neçə illər öncə - o uşaq bağçası da açılmamış həmin raket kompleksini məhv edə bilməzdikmi?..



Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Xocalı rayonunun “Şoş” adlandırılmış Şuşakənd yaşayış məntəqəsində  yeni uşaq bağçası istifadəyə verilib. 
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, dağlar qoynunda(!), təmiz(!) havada erməni balalarına xidmət gostərəcək  bağça ümumerməni “Hayastan” fondunun Argentinalı üzvləri  Şimşiroğlu, Deveçeyan və  Ekzeçiyanın vəsaitləri hesabına tikilib.  Onların arasında Türkiyə əsilli erməni xeyriyyəçi Kirkor Şimşiroğlu uzun illərdir ki, Azərbaycanın işğal altındakı torpaqlarında, eləcə də Ermənistanda bir sıra layihələrə imza atıb, o cümlədən Şuşa rayonunun Daşaltı kəndində də uşaq bağçası tikdirib.
Qeyd edək ki, Şuşakənd – Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində, rayon mərkəzindən təxminən 15 km məsafədə yerləşir.

Kənd 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğal altındakı bu kəndimizin yaxınlığında Ermənistan Hava Hücumundan Müdafiə qoşunlarının “Su-125” zenit-raket kompleksi yerləşdirilib.
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şuşakəndi zəbt etmiş ermənilərin sayı sayı 544 nəfər təşkil edib.

P.S.  Neçə illər öncə - Şuşakənddə uşaqların sayı artmamış, o uşaq bağçası da açılmamış həmin "Su-125" raket-zenit kompleksini məhv edə bilməzdikmi?..





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10