Almaniya mərkəzli bir şirkətin icraçı direktorunun səsini süni zəka əsaslı bir proqramla təqlid edən fırıldaqçılar öz hesablarına küllü miqdarda pul köçürülməsini təmin edib.
Moderator.az xəbər verir ki, kiber fırıldaqçılar bazarda hər kəsin daxil olmasına açıq olaraq satılan süni zəka dəstəkli bir səs yaradan proqramdan istifadə edib.
Sözügedən şəxslər mart ayında İngiltərədə fəaliyyət göstərən bir enerji şirkətinin rəhbərinə Almaniyadakı müdirinin səsini süni zəka ilə köçürərək zəng vurub. İngilltərədəki rəhbər telefonda firmasının Almaniyadakı böyük səhmdarı olan şirkətin icraçı direktorunun səsini eşitdiyi üçün heç nədən şübhələnməyib.
Səs ilə edilən saxtakarlıqlara qarşı pulsuz proqram təminatı istehsal edən "Pindrop" adlı bir kiber təhlükəsizlik firması 2013-ci ildən bu yana səs təqlidi ilə həyata keçirilən cinayətlərdə 350 faiz artım olduğunu bildirib. Firmaya görə hər 638 telefon söhbətindən birində sintetik olaraq yaradılan səsdən istifadə edilir.