Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Maşın bazarında fantastik qiymətlər - VİDEO


Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

Unikal.org xəbər verir ki, bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Bazara gələn satıcılar qiymətlərin bahalığından, büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkməklərindən şikayət edirlər. Satıcılar isə bildirirlər ki, son ayda avtomobil bazarında əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmayıb.

Qeyd edək ki, Badamdar avtomobil bazarında Rusiya istehsalı olan maşınlar azlıq təşkil edir. Satışa çıxarılan avtomobillər əsasən "Mercedes", "KIA", "Chevrolet" modelləridir.

Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər. 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10