Baham adalarında Çella Filips adlı bir qadın insan itkilərinə səbəb olan Dorian qasırğada 97 küçə itini qasırğadan xilas etmək üçün evinə gətirib.
Moderator.az xəbər verir ki, paytaxt Nassauda dünyanın ikinci ən böyük qasırğası kimi qeyd olunan qasırğada bütövlükdə 97 küçə itini xilas edən xeyriyyəçi qadın "Bayırdakı itlərin necə həyatda qalacağını düşünüb çox kədərlənirəm" deyib.
Filipsin hekayəsi sosial mediada Dorian qasırğası ilə bağlı ən çox paylaşılan məsələlərdən biri olub. 79 yaşlı xeyriyyəçi qadının heyvanlara yardım səylərini davam etdirə bilməsi üçün başlatdığı yardım kampaniyasında indiyədək 54 min dollar toplanıb.