Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli Həsənovun karyerası qarşısında qeyri-müəyyənlik


Və ya onun qəfil virtual fəaliyyətə başlaması nə ilə izah olunur?

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" səhifəsində sosial şəbəkəyə aid status paylaşıb. Dərhal qeyd edirəm ki, bu faktı müsbət hesab edirəm.

 

“Mən hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx əlaqədə olmalı, vətəndaşları dinləməli, qarşılaşdıqları problemlərin həlli üçün səy göstərməlidir”, - deyə Əli Həsənov öz “Facebook səhifəsində” yazıb.

 

Onun bu ifadəsi ilə razılaşmamaq olmaz. Ancaq ümumiyyətlə, hər şey o qədər birmənalı və müsbət deyil.

 

“Tez-tez bu cür suallarla qarşılaşıram: Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?” – cənab Həsənov özü-özünə eyni suallarla müraciət edir.

 

Sosial şəbəkələr vasitəsi ilə öz şəxsi adamı ilə etdiyi monoloq - satirik yazarlar üçün maraqlı süjetdir. Düzdür, Azərbaycanda inkişaf etmiş ənənəyə görə, cənab Həsənov yüksək statusunu itirdikdən sonra bütün bu məqamlara diqqət yetirməyə başlayacaqlar.

 

Hələlik qeyd edim ki, hazırda cənab Həsənovun 3500-dən çox dostu və 1000-ə yaxın izləyicisi var və buna baxmayaraq, özü də hər bir insanın "dostluq" istəyini qəbul etdiyini etiraf edir!

 

Yeri gəlmişkən, mən məsələyə bu qədər asanlıqla münasibət bildirmirəm. Mənə elə gəlir ki, virtual aləmdə belə olsa, sənin kiminlə “dostluq” etdiyin adam barədə bəzi məlumatlara sahib olmağınız vacibdir. Ancaq Əli müəllim gördüyümüz kimi, sosial şəbəkələrdə necə davranmaq barədə fərqli fikirlərə sahibdir.

 

Qeyd etmək lazımdır ki, onun dostluğunda olanlar arasında real və ya virtual həyatda mənimlə dostluq edənlər var. Onlardan artıq 28 nəfəri mənimlə ortaq dostdur. Mən Əli Həsənovla "dostluq" etmək istəyənlər arasında deyiləm və olmayacağam da. Yalnız oan görə ki, bu məmurun şəxsən Azərbaycan mətbuatının nəyə çevrildiyininin şəxsi iştirakçısı olduğunu düşünürəm. Ancaq bu, ayrı, böyük bir məqalənin və bəlkə də bir sıra nəşrlərin mövzusudur.

 

Qısaca deyim ki, Azərbaycan mətbuatı süni şəkildə cənab Həsənovun qoyduğu qaydalara uyğun oynamağa hazır olanlara və həqiqi müstəqil medianın necə fəaliyyət göstərəcəyi ilə bağlı fərqli fikirlərdən çıxış etməyə üstünlük verənlərə bölünür. Bu, artıq düzgün deyil. Oyunun qaydaları hər kəs üçün eyni olmalıdır, fərqlənməməlidir.

 

Ancaq yenə də cənab Həsənovun virtual məkanda aktivləşmək qərarına qayıdacağam. “Facebook” sosial şəbəkəsində onun dəqiq qeydiyyat tarixi barədə olan məlumat gizli saxlanılır, bu isə olduqca gülməli və qeyri-səmimi görünür. İnsanlarla ünsiyyətdə əlçatanlığını nümayiş etdirməyə qərar verən, belə yaxın təmasın vacibliyindən gözəl danışan və bütün yerli məmurları insanlarla münasibət qurmağa çağıran şəxs, “Facebook”da görünmə tarixlərini gizlətməməlidir.

 

Eyni zamanda, Əli Həsənovun səhifəsinin bu yaxınlarda açıldığını söyləmək üçün əsas var. İlk paylaşımını bu ilin 27 avqustunda etdiyi tarixiylə görünür. “Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi olaraq bəyan edirəm ki, hər hansı bir vətəndaşın qarşılaşdığı problemə həssas yanaşmaq, çevik və operativ reaksiya vermək, dilindən, dinindən, etnik və siyasi vəziyyətindən asılı olmayaraq, onu maraqlandıran məsələlərə cavab vermək dövlət başçısının bizə verdiyi ən vacib vəzifələrdən biridir”, - deyə öz səhifəsində bildirib.

 

Beləliklə, Əli müəllim virtual məkanda aktivləşməsinin səbəbini hər kəsə izah etməyə çalışır. Ancaq ağlabatan bir sual yaranır: Bütün bunlar niyə daha əvvəl edilmədi? İncə, zərif bir yanaşma, vətəndaşlarımızın hər hansı birinin qarşılaşdığı problemə çevik və operativ reaksiya bu ilin 27 avqustuna kimi görünmədi. Həmin problemlər illərdir ki, mövcuddur.

 

Məhz elə bu zaman xatırlatmaq yerinə düşər ki, 1996-2005-ci illərdə Əli Həsənov Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edildi. Nəhayət, dövlət başçısı İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edildi.

 

Ancaq bütün bu uzun illər ərzində hakimiyyətin yuxarı eşalonlarında olması zamanı, gördüyümüz kimi, Əli müəllim virtual məkanda aktiv olmağı zəruri hesab etmirdi. Bütün bu illər ərzində müxtəlif səviyyələrdə olan çox sayda siyasətçi, o cümlədən fəaliyyət göstərən səfirlər, parlament üzvləri, nazirlər uzun müddət fəaliyyət göstərib və həqiqətən də sosial şəbəkələr vasitəsilə xalqla dialoq qurublar.

 

Ancaq onlar açıq şəkildə xalqla ünsiyyət qurduqlarını demirlər. Əminliklə vurğulayıram ki, sadəcə çoxdan bunu rahat bir ünsiyyət üsulu hesab ediblər. Əli Həsənov isə bu barədə yalnız indi qərar verib. Onun qəfil virtual fəaliyyətə başlaması nə ilə izah olunur? Cavab gəlincə, mənim fikrimcə, o, karyerasının perspektivləri ilə bağlı qeyri-müəyyənlik içərisindədir.


Müəllif: Əkbər Həsənov 
Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10