Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu ölkə 2 milyon müsəlmanı qovur - Xandan etiraz


Assam ştatındakı 2 milyona yaxın müsəlmanın Hindistan vətəndaşlığını itirmək təhlükəsi ilə üz-üzə qalması Hindistan Xalq Partiyasının apardığı etnik təmizləmənin bir parçasıdır.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan deyib. O, Hindistanı ölkədəki etnik və dini azlıqlara qarşı irqçi mövqe nümayiş etməkdə günahlandırıb.

Xan hindilərin ölkədəki bütün digər qruplardan üstün tutulduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl NDTV Hindistanın şimal-şərqindəki Assam ştatında yaşayan 1.9 milyon insanın Banqladeşə deportasiya edilə biləcəyi barədə məlumat yaymışdı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10