Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni gənclər Azərbaycan torpaqlarında növbəti kütləvi yürüşə başladı- Şuşa- Laçın-...-İrəvan...- FOTO


Bu gün “Torqovı”da azərbaycanlı qızların ərəb, ingilis, monqol kişiləri ilə kütləvi erotik rəqsləri təşkil ediləcək...



 Dünən –sentyabrın 1-i gecə saat 22:00-da Azərbaycan Respublikasının(!) 28-ci ildir işğal altında qalan Xankəndi şəhərində erməni dığa və axçiklər növbəti kütləvi yürüşə start veriblər. 

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə,  qondarma separatçı-terrorçu rejimin “müstəqilliyi”nin 28-ci ildönümünə həsr olunmuş yürüş erməni gənclərin “Qələbə” təşəbbüs qrupunun  ideyası əsasında başlanıb. Məqsəd “hər iki erməni respublikasının müstəqilliyini və onların qalibiyyəti”ni vurğulamaqdır.  Yürüş iştirakçıları  sentyabrın 20-dək Azərbaycan və Ermənistanın 30 şəhərindən keçməyi və  aksiyanı İrəvanda başa çatdırmağı planlaşdırıb. 

Bu həftənin sonunadək yürüş qrafik və marşrutu belədir:

1-2  sentyabr – Xankəndi;
2  sentyabr – Hadrut (Xocavənd rayonunda qəsəbə);
2-3  sentyabr – Ağdərə;
2-3  sentyabr – Şuşa;
3-4  sentyabr – Laçın;
4-5  sentyabr – Gorus(Ermənistan);
5  sentyabr - Qafan;
5-6  sentyabr – Kacaran.

P.S. Bu gün “Torqovı”da azərbaycanlı qızların ərəb, hind, ingilis, fransız, monqol kişiləri ilə kütləvi erotik rəqsləri təşkil ediləcək, pulsuz pivə, “Hell”(“Cəhənnəm”) içkisi paylanacaq. Azərbaycan(!) oğlanları üçün giriş pulsuzdur...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10