"Azərkosmos" ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin "Azersky" peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.
Bu barədə "Azərkosmos" ASC məlumat yayıb.
Xatırladaq ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür.
Belə ki, Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.