Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu erməni Azərbaycan şəhərinin baş planından danışır - Bəs bizim milli(!) oliqarxlar hara baxır?..


Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altındakı torpaqlarında “yerli idarəetmə orqanlarına seçkilərlə bağlı” namizədlər əməlli-başlı  təbliğat kampaniyası aparır.  Xankəndi, Şuşa şəhərlərimizin, eləcə də rayon mərkəzlərimizin küçələrinə erməni namizədlərin fotoları, erməni yazılarıyla bəzənmiş plakatlar, lövhələr vurulub...

Moderator.az xəbər verir ki, separatçı nəşrlərdən biri Azərbaycan Respublikasının işğal altındakı Xankəndi şəhərinin merliyinə 5 namizəddən biri olan Armen Akopyandan müsahibə götürüb.  Erməni namizəd Xankəndinin baş planı, genişləndirilməsi, abdalaşdırılması, yaşıllaşdırılması və s. ilə bağlı planlarından danışıb.

P.S. Bəz bizim nəinki Bakını, xarici ölkələri də yaraşıqlı göydələnlərlə bəzəyən, adası, təyyarəsi,  helikopteri, gəmisi, topu-tüfəngi olan və müsahibələrində Azərbaycana, xalqa, dövlətə, torpağa sevgidən dəm vuran oliqarxlar hara baxır?.. Niyə birləşib torpaqlarımızın azadlığına nail olmurlar ki, bu dılğır ermənilərin əvəzinə şəhərlərimizin mer seçkisiylə, baş planıyla, abadlığıyla da özləri məşğul olsunlar?.. Bilmirlər ki, Qarabağın turizm, yeraltı-yerüstü sərvət potensialı Qəbələ, Quba, Lənkəranınkından və s. dəfələrlə böyükdür...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10