Kəndli: "Xeyiri o tərəfə, heç çəkdiyim xərcin yarısını götürəcəyimə gümanım yoxdur"
"May ayında pambıq sahəmə səpdiyim çiyidlər çoxdan cücərib boyüməli idi. Gördüyünüz kimi, inkişaf yoxdur. Çünki sahəni cəmi bir dəfə - səpin aparandan dərhal sonra suvara bilmişəm. Halbuki, indiyədək azı 3 dəfə suvarma işləri aparılmalı idi”.
Biləsuvarın Nəsimi kəndinin sakini Zaur Həsənov deyir, 3 aydan çoxdur ki, 5 hektar pambıq sahəsində çiyid səpsə də, suvarma işləri apara bilmir. Bu səbəbdən də məhsul götürməsinə ümidi azalıb.
"Yaxşı ki, arxayın olub 20 hektarı əkmədim”
Zaur Həsənov əslində daha böyük sahədə səpim işləri apara bilərdi. Ancaq susuzluq problemini nəzərə alıb daha çox zərərə düşməmək üçün 20 hektar sahənin bir hissəsini – 5 hektarını əkib.
"4 min manat xərc çəkmişəm, xeyiri o tərəfə dursun, heç çəkdiyim xərcin yarısını götürəcəyimə gümanım yoxdur. Yaxşı ki, icra başçısının sözlərinə arxayın olub 20 hektarı əkmədim. Daha çox əziyyət çəkərdim və daha çox zərərə düşərdim. Başçı demişdi, sahələri əkin, su olacaq. Çoxu inanıb 6-7 min manat xərc çəkdi, səpin işləri apardı, sahələr susuzluqdan yandı, indi kəndlilər sahələrini buraxıb, gedib oturublar evlərində...”
"Başçı demişdi, sahələri əkin, su olacaq"
Mənbə: meydan.tv
Su idarəsi deyir, Arazda su azalıb
Zaur Həsənov pambıq yığınını əvvəlcə sentyabrın sonu, oktyabrın əvvəlinə planlaşdırsa da, hazırkı durum yığının yanvardan tez baş tutacağına inanmır:
"On ildən çoxdur ki, pambıq əkirəm. Əvvəllər 40 sentner məhsul götürərdim. Bu il səpin işləri aparanda 25 sentner məhsul götürəcəyimi düşünürdüm, ancaq bu gedişlə 5-6 sentner məhsul götürsəm, böyük işdir”.
Kəndlilər sahələrin susuz qalmasında Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevi günahlandırır. İdarədənsə Meydan TV-yə bildirilib ki, Araz çayında sululuğun kəskin azalması vəziyyəti çətinləşdirib. Hər il olduğu kimi, bu yay da istilərlə əlaqədar olaraq Araz çayında su kəskin azalıb. Hazırda əkin sahələrinin suvarılması üçün Araz çayının imkanları yetərli deyil.
"Bu il səpin işləri aparanda 25 sentner məhsul götürəcəyimi düşünürdüm, ancaq bu gedişlə 5-6 sentner məhsul götürsəm, böyük işdir”
Mənbə: meydan.tv
Kəndlilər iddia edirdilər ki...
Bu ilin iyun ayında Nəsimi kəndinin sakinləri Meydan TV-yə müraciət edərək bildirmişdilər ki, onların sahələrinə verilməli olan su kəndin arxasında icra hakimiyyətinin başçısının və başqa məmurların əkin sahələrinə yönləndirilib. Biləsuvar Rayon İcra Hakimiyyətindən isə deyilənləri təkzib etmişdilər.
Nəsimi kəndinin 4200 əhalisi var. Kəndlilərin əsas məşğuliyyətləri heyvandarlıq və əkinçilikdir. Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi, bununla bağlı fermerlərə və kəndlilərə şərait yaradılması ilə bağlı göstərişlərindən sonra Biləsuvarda kəndlilər arasında pambıq əkininə maraq artıb. Ancaq mövcud durum bu sahədə kəndlilərə xeyli problemlərin yarandığını göstərir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunub ki, ötən il rayondakı fermerlər 22.700 ton xam pambıq istehsal edərək tədarük məntəqələrinə təhvil veriblər. Məhsulun becərilməsi və toplanması dövründə 16 minə yaxın insanın məşğulluğu təmin olunub. Əhali 15 milyon manata yaxın gəlir əldə edib. Bu il daha çox məhsul götürülməsi planlaşdırılıb.
"Əhali 15 milyon manata yaxın gəlir əldə edib"