Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu - TƏFƏRRÜAT


Bakıda üç uşaq anasını qətlə yetirməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Fərhad Abuşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

İttihama görə, hadisə bu il iyunun 8-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Kəmalə Mikayılova qəsəbənin Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

Müəyyən edilib ki, Kəmalə Mikayılova sevgilisi tərəfindən öldürülüb.

Qadının Rusiyada işləyən əri iyunun 7-də Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi Fərhad Abuşov evdə mübahisə ediblər. Daha sonra Kəmalə Mikayılova küçəyə çıxaraq gedib. Fərhad Abuşov bıçaq götürərək onun arxasınca gəlib və küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

Fərhad Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

Fərhad Abuşov saxlanılaraq 8-ci polis bölməsinə aparılıb.

İstintaq orqanı tərəfindən Fərhad Abuşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10